Dostunu gözləməkdən bezib söydü, saxlanıldı BAlAKƏNDƏ

05.09.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Balakəndə ictimai məkanda söyüş söyən kişi saxlanılıb.

Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisindəki “Bayraq meydan”ında baş verib.

30 yaşlı Şəmsəddin Behbudov (şərti adla) dostu ilə görüşmək üçün “Bayraq meydanı”na gəlib. Lakin onun sözlərinə görə, burada 15 dəqiqə gözləsə də, dostu gəlməyib və o, əsəbiləşərək uca səslə söyüşlər söyməyə başlayıb. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirərək, ictimai yerdə yol verdiyi qeyri-etik hərəkətləri dayandırmağı tələb ediblər.

Amma Şəmsəddin polisin qanuni tələbinə tabe olmayaraq, söyüşlərə davam edib. Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Şəmsəddin Behbudov əməlindən peşman olduğunu və himayəsində 2 azyaşlı övladının olmasını bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə o, 150 manat məbləğində inzibati qaydada cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью