Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada ov zamanı bədbəxt hadisə baş verib. Ovçulardan biri tülküyə atəş açarkən təsadüfən dostunu yaralayıb.
Modern.az yerli mediaya istinadla bildirir ki, hadisə Novosibirsk vilayətində, Osintsevo kəndi yaxınlığında baş verib. Güllə kişinin hər iki ayağına və qasıq nahiyəsinə dəyib.
Güclü qan itkisi nəticəsində yaralıda hemorragik şok yaranıb. O, xəstəxanaya çatdırılıb.