Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdən birinin hamam otağında aşkar edilib.
Evin onun dostu A.Məmmədova məxsus olması bildirilib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.