Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda daha bir şəxs spirtli içkidən vəfat edib.
Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən evdə 1964-cü il təvəllüdlü Asif Akşurinin meyiti tapılıb.
Onun spirtli içkidən zəhərlənərək öldüyü müəyyənləşib. Məlumata görə, A.Akşurin dostunun evində spirtli içki qəbul edib.
Xatırladaq ki, fevralın 22-də həmin məclisdə iştirak edən daha 4 nəfərin də meyiti tapılmışdı. Onların texniki spirt qəbul etdiyi ehtimal edilir.
Bizim.Media