Dövət Departamenti Azərbaycana köməyini təklif edib

26.12.2024

Icma.az bildirir, Anews portalına istinadən.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı ifadə edib. Bu barədə o, X platformasında paylaşım edib.

"Qazaxıstanda "Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir, zərərçəkənlərə tezliklə sağalmağı arzulayırıq. Qazaxıstan və Azərbaycana yardım etməyə hazırıq,” - paylaşımda deyilir.

N.Təbrizli


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью