Dövlət 12 min əlili belə sevindirdi

23.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

2026-cı ilin yanvar-oktyabr aylarında 12 min əlilliyi olan şəxsə ümumilikdə 693 min reabilitasiya vasitəsi təqdim edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bildirilib ki, təqdim olunan vasitələr arasında 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Sərfəli qiymətə məhsullar

Bundan başqa, əlilliyi olan şəxslərə 2455 cüt protez, 5264 cüt ortopedik ayaqqabı, 257 korset və digər reabilitasiya vasitələri verilib.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью