Dövlət agentliyi 3 maşın alır: yarım milyondan çox pul ayrıldı

03.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə nəqliyyat vasitələri alınacaq.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı olaraq sözügedən qurum tərəfindən 687.940 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi üç müxtəlif təyinatlı maşın almağı planlaşdırır.

Məlumata görə, ayrılan vəsait əsasında su, məişət tullantıları və sərnişin daşıyan avtomobillər alınacaq.

Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью