Dövlət Agentliyi: İmtahan sessiyası ilk dəfə Azərbaycanın bütün ərazisində keçirilir

06.01.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Bu barədə APA-ya Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyindən xəbər verilib.

Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin 11.12.2024-cü il tarixli əmrinə əsasən, akademik təqvimə uyğun olaraq ali və orta ixtisas təhsil müəssisələrində imtahan sessiyası başlayıb.

Qeyd edilib ki, imtahan sessiyası 100-dən artıq təhsil müəssisəsini əhatə edir və ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью