Dövlət Agentliyi işçi axtarır

10.09.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Dövlət Su Ehtiyatları Agentliyi 14 region üzrə kadr qəbulu elan etdi.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti regional struktur bölmələrində vakansiya elan edib.

Qurumun təqdim etdiyi məlumata görə, işə qəbul regional bölmələrdə “Müşahidəçi” vəzifəsi üzrə aparılır. Vakant yerlər ölkənin bütün ərazisini - Bakı daxil olmaqla Abşeron-Xızı, Dağlıq Şirvan, Şirvan-Salyan, Lənkəran-Astara, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi rayonlarını və Naxçıvan MR-i kapsayan ümumilikdə 14 regional sahəni əhatə edir. pizza hut

Sentyabrın 7-də yayımlanan rəsmi elana əsasən, müraciət şərtləri, namizədlərə dair tələblər və digər təfərrüatlarla Xidmətin rəsmi internet resursu (sdnx.gov.az) vasitəsilə tanış olmaq mümkündür.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью