Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Agentliyi tərəfindən media nümayəndələri üçün təlimlərin təşkili ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, Dövlət Agentliyi tenderin qalibi olan şirkətə 86 min 966 manat qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Elnur Əli