Dövlət Agentliyi rəsmi portala yanlış məlumatlar yerləşdirir Fotofakt

13.08.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan bəzi elmi müəssisə və təşkilatlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Yeniavaz.com
xəbər verir ki, Fərmanın verilməsindən 3 il ötsə də, dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) nazirliyin tabeliyinə verilən elmi müəssisə və təşkilatların bəzilərinin hələ də AMEA-nın tərkibində olduğu göstərilir.

Adları qeyd olunan bəzi elmi müəssisə və təşkilatlar Elm və Təhsil Nazirliyinin tabeliyində olsalar da, portalda onların AMEA-nın tabeliyində olduğu bildirilir.
İnformasiya Texnologiyaları İnstitutu;
Fizika İnstitutu;
Genetik Ehtiyatlar İnstitutu;
Radiasiya Problemləri İnstitutu;
Polimer Materialları İnstitutu;
Riyaziyyat və Mexanika İnstitutu;
Geologiya və Geofizika İnstitutu;
İqtisadiyyat İnstitutu;
İdarəetmə Sistemləri İnstitutu;
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu.

Azərbaycan  Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilən “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.3.-cü bəndində göstərilir ki, portalın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını onun operatoru olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmin edir.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью