Dövlət Agentliyi vətəndaşlara müraciət edib

07.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır. Hazırda Agentlik tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb. Bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir. Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью