Dövlət Agentliyi Zeytun Pharmaceuticals barəsində inzibati xəta protokolu tərtib edib

04.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Dərman vasitələri haqqında” haqqında qanuna əsasən, "Zeytun Pharmaceuticals" MMC barəsində dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətlə satılması ilə bağlı inzibati xəta protokolu tərtib edib.

Bu barədə "APA-Economics"ə Agentlikdən bildirilib.

Məlumata görə, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью