Dövlət Agentliyində yeni təyinat Elvin Əliyev kimdir?

04.05.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində yeni kadr təyinatı olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bununla bağlı agentliyin sədri Ülkər Səttarova müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elvin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin maliyyə və təsərrüfat sektorunun müdiri vəzifəsinə gətirilib.

Məlumatı agentlikdən təsdiqləyiblər.

O, bu təyinata qədər yeddi ay müddətində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində şöbə müdirinin müavini vəzifəsində işləyib. 2023-2025-ci illərdə isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışıb.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью