Dövlət Agentliyindən bu internet provayder şirkətində YOXLAMA

10.03.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi internet provayder şirkəti olan "ULTEL" Məhdud Məsuliyyətli Cəmiyyəti barədə araşdırmalara başlayıb.

Milli.Az xəbər verir ki, agentliyin öz təşəbbüsü ilə başladılan araşdırma rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.

Araşdırmanın predmeti isə Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarından ibarətdir.

Qeyd edək ki, təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada və qaydada rəqabət orqanına təqdim etməlidirlər./İqtisadiyyat.az

Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью