Dövlət agentliyinə sədr müavini təyin edilib

20.11.2024

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildiriblər.
Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. O, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru vəzifəsində çalışıb.(APA-Economics)

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью