Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu başlayır.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, namizədlər 21 yanvar saat 11:00-dan 24 yanvar saat 11:00-dək apellyasiya üçün müraciət edə bilərlər: "Apellyasiya müraciətləri müvafiq komissiya tərəfindən araşdırıldıqdan sonra nəticələr namizədlərə SMS bildiriş vasitəsilə göndəriləcək".