Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüş keçirib

28.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov vətəndaşlarla növbəti görüş keçirib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə vətəndaşların dövlət satınalmalarının təşkili və satınalma müsabiqələrində iştirakla bağlı müraciətləri, o cümlədən müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair təklifləri dinlənilib. Qaldırılan məsələlərin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həlli məqsədilə agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə agentliyin rəhbər vəzifəli şəxslərinin qəbul qrafiki rəsmi internet səhifəsində yerləşdirilib. Görüş qrafiki ilə tanış olmaq və görüşə yazılmaq üçün müvafiq keçiddən istifadə edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью