Dövlət Agentlyinin əməkdaşı mina partlayışında ağır yaralanıb

06.04.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.

Mia.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. 

Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.

Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью