Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyulun 1-nə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Müavinətin bir nəfərə düşən orta aylıq məbləği 97,94 manat təşkil edib.
Aztəminatlı ailələr üçün əsas məqsəd onların sosial risklər qarşısında müdafiəsini gücləndirmək, gəlirlərinin sabitliyinə dəstək vermək və daha həssas vəziyyətdə olan ailələrin minimum sosial təminat imkanlarını qorumaqdır. Bu mexanizm sosial yardımın daha çox real ehtiyacı olan ailələrə yönəldilməsinə imkan verir.
XQ