Dövlət bağçalarında yer sayı artırılıb

11.09.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Dövlət bağçalarının şəbəkəsini müəyyən qədər genişləndirməyə, eyni zamanda qrup və uşaq yerlərinin sayını artırmağa nail olmuşuq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, əvvəlki illə müqayisədə 6 mindən çox əlavə yer elan olunub və ümumi yer sayı 112 minə çatdırılıb.

Eşqi Bağırov bildirib ki, dövlət bağçalarından sonra ikinci əsas model məktəbə hazırlıq qruplarının təşkilidir.

Onun sözlərinə görə, 2016-cı ildən tətbiq olunan bu layihə ümumi təhsil müəssisələrində beş yaşlı uşaqların məktəbə hazırlığını təmin edir: "Bu istiqamətdə də ölkə üzrə yüksək nəticə əldə olunub. Belə ki, bu il qəbul yerlərinin sayı 85 mindən 104 minə çatdırılıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью