Dövlət bağçalarındakı uşaqların sayı özəllərdən çoxdur Statistika

21.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ildə Azərbaycanda 1 702 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib.
Bizim.Media xəbər verir ki, dövlət bağçalarında ümumilikdə 108 053 uşaq təlim-tərbiyə alıb. Onlardan 50 518-i qızdır.
Dövlət məktəbəqədər təhsil müəssisələrinin 977-si şəhər yerlərində yerləşib. Həmin bağçalarda 85 523 uşaq olub.
Ötən il ölkədə özəl bağçaların sayı isə 172 təşkil edib. Bu müəssisələrdə 8 736 uşaq təhsil alıb. Onlardan 4 398-i qızdır.
Statistikadan göründüyü kimi, dövlət bağçalarının sayı özəl bağçalardan 1 530 ədəd çoxdur. Yəni dövlət bağçaları özəl bağçalardan təxminən 9,9 dəfə çoxdur.
Dövlət bağçalarındakı uşaq sayı isə özəl bağçalarla müqayisədə 99 317 uşaq çoxdur.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью