Dövlət Bağçalı Azərbaycana başsağlığı verdi Yeni Çağ Media

26.12.2024

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olmasına görə Azərbaycana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov məlumat paylaşıb.

Səfir qeyd edib ki, Bağçalı səfirə zəng edərək başsağlığı verib.

“Böyük türk millətçisi, türk dünyası sevdalısı olan cənab partiya sədrinə çətin günümüzdə acımızı paylaşdığı, mənəvi dəstək olduğu üçün təşəkkür edirəm”, deyə səfir qeyd edib.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью