Dövlət Bağçalını devirmək istəyiblər?

02.12.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiya ilə bağlı gəzən şayiələrə münasibət bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, "Türkgün" qəzetinə müsahibəsində danışıb.

Bağçalı MHP daxilində ona qarşı çevriliş ediləcəyi barədə fikirləri əsassız adlandırıb:

“MHP içindən mənə qarşı guya çevriliş olacağı iddia olunur. Milliyyətçi-Ülkücü Hərəkatdan necə çevriliş edən çıxar? Bunların hamısı fasa-fiso. İftiralar bizi yolumuzdan döndərə bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью