Dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafına töhfə verir | …
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkənin münasibətlərini daha da gücləndirəcək”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.Deputat bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir.
Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir.
Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır.
Bu gün dünyada baş verən proseslər bizə münasibətləri dərinləşdirmək üçün tarixi imkanlar yaradır.
Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Səfər zamanı dövlət başçıları geniş müzakirələr aparıblar.
Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir.
Tam oxu
Xəbəri oxu