Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.
Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndləri də orada iştirak ediblər.
Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.
Dövlətimizin başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünü məmnunluqla xatırlayaraq, həmin görüş zamanı bir sıra önəmli məsələlələrin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.
İlk növbədə, COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd etdi.
O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.