Dövlət başçısı Nizamnamədə dəyişiklik etdi: 3 müavin olacaq

31.07.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Xidmətinin İcraçı direktorun 1 müavini olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью