“Dövlət başçısının qrafiki aylar öncədən formalaşır” AÇIQLAMA

29.10.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracağı, Türk Dövlətləri Təşkilatının Türkiyədəki Zirvə görüşündə isə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil edəcəyi açıqlanıb. Bu qərar bəzi müzakirələr doğurub. Lakin diplomatik təcrübəyə və yaxın keçmiş nümunələrə baxanda, burada qeyri-adi heç nə yoxdur".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, dövlət başçısının qrafiki aylar öncədən formalaşır:

"Dövlət başçısının qrafiki aylar öncədən formalaşır. Bakıda keçirilən beynəlxalq futbol turnirinin finalçılarının mükafatlandırılması da bu qrafikin tərkib hissəsidir. Üstəlik, tədbir Azərbaycanın ev sahibliyi etdiyi iri beynəlxalq idman layihəsinin yekun mərhələsidir. Ona görə prezidentin ölkə daxilindəki öhdəliyi ilə xaricdəki tədbirdə iştirakı arasında seçim etməsi təbiidir. Diplomatiyada qarşılıqlılıq prinsipinə baxarkən yaxın keçmişdəki faktlar da nəzərə alınır. 2024-cü il iyulun 6-da Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıya gəlmədi, ölkəni vitse-prezident Cövdət Yılmaz təmsil etdi. Həmin gün Ərdoğan Berlində Avropa çempionatının dörddəbir final oyununda, Türkiyə ilə Niderland milli komandalarının qarşılaşmasında idi. Bu görüşün Azərbaycan üçün rəmzi çəkisi böyük idi. Türk dövlətlərinin rəhbərləri işğaldan azad edilmiş Şuşada bir araya gəlir, Türk dünyasının əməkdaşlıq gündəliyi Qarabağa gətirilirdi. Buna baxmayaraq, Ankara öz proqramına uyğun qərar verdi. Prezident futbol oyununda iştirak etdi, vitse-prezident isə Şuşa sammitinə qatıldı. Bakı bunu nə problemə çevirdi, nə də ittifaq münasibətlərinə kölgə saldı. Çünki hər dövlət öz prioritetlərini və protokol imkanlarını müəyyənləşdirmək hüququna malikdir. Eyni məntiq Azərbaycana da şamil olunmalıdır. Xarici işlər nazirinin Zirvə görüşündə ölkəni təmsil etməsi diplomatik praktikada tam normal haldır. Bu, Azərbaycanın xarici siyasətini bilavasitə həyata keçirən, TDT çərçivəsindəki bütün istiqamətlərə bələd olan, sammit hazırlığında fəal iştirak edən şəxsin təmsilçiliyidir. Nazir Bayramov həm Azərbaycanın mövqeyini çatdırmaq, həm də müzakirələrdə və razılaşmalarda ölkənin maraqlarını təmin etmək üçün lazımi səlahiyyətlərə malikdir". pizza

Deputat əlavə edib ki, əsas məsələ təmsilçilik səviyyəsi deyil, Azərbaycanın təşkilata yanaşmasıdır:

"Əsas məsələ təmsilçilik səviyyəsi deyil, Azərbaycanın təşkilata yanaşmasıdır. Bakı TDT-yə böyük önəm verir, onun institusional inkişafında, ticarət, nəqliyyat, enerji və mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsində fəal rol oynayır. Bu mövqe təşkilatın hər toplantısında, təşəbbüslərdə və praktik layihələrdə özünü göstərir. Təşkilata bağlılıq bir sammitdə kimin iştirak etdiyi ilə ölçülmür. Hər iki tərəf bir-birinin gündəliyinə anlayışla yanaşmalıdır. Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman öz proqramına uyğun təmsilçilik formatı seçib və bu, münasibətlərin mahiyyətinə təsir etməyib. Azərbaycanın xarici işlər naziri səviyyəsində təmsil olunması da eyni qarşılıqlı anlaşma çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan-Türkiyə münasibətləri belə protokol nüanslarından yüksəkdir. Bu münasibətlər “bir millət, iki dövlət” formulu və strateji tərəfdaşlıq üzərində qurulub".

Qeyd edək ki, Azərbaycanı TDT-nin Zirvə görüşündə Xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Prezident İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью