Icma.az bildirir, Sherg.az portalına istinadən.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə görüşüb.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Türkiyə Böyük Millət Məclisində Baxçalının kabinetində keçirilən görüş təxminən 10 dəqiqə davam edib.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Kılıçdaroğlu onların iki dost kimi görüşdüklərini bildirib.
CHP-dən verilən məlumata görə, Kılıçdaroğlu “Terrorsuz Türkiyə” prosesi ilə əlaqədar Baxçalıya təşəkkür edib.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu da parlamentdəki kabinetində Baxçalıya baş çəkib. Nazir sosial media hesabında onu qəbul etdiyinə görə MHP sədrinə təşəkkürünü bildirib.