Dövlət Baxçalının səhhəti ağırlaşıb? MHP açıqlama yaydı | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. Ürək qapağı dəyişdirilən MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağl təzadlı xəbərlər yayılı
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, lideri olduğu MHP isə bu tip xəbərləri təkzib edir.
MHP sədrinin baş müşaviri Eyüp Yıldız bildirib ki, yayılan iddiaları şər qüvvələri paylaşır vıə heç bir əsası yoxdur: "Cənab Baxçalının səhhəti əladır.
Böhtançı dillər, yalan yayan əllər, nifaq toxumu səpən xainlər gec-tez millətin şilləsi ilə üzləşəcəklər!
Hörmətli sədrimiz dualar və millət sevgisi ilə ayağa qalxıb...".
MHP rəsmisi qeyd edib ki, Baxçalı tezliklə aktiv siyasi fəaliyyətinə geri dönəcək.
Xatırladaq ki, MHP sədri Dövlət Baxçalı 4 fevral 2025-ci ildə Gebzedə ürək qapağı əməliyyatı keçirib. Fevralın 14-də isə o, evə buraxılıb.
Firudun Səfərli MİA.AZ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu