Dövlət Bayrağı Meydanında üçrəngli bayrağımız qaldırıldı

08.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda, Dövlət Bayrağı Meydanında yenidən üçrəngli bayrağımız dalğalanır.

Oxu.Az-ın məlumatına görə, Dövlət Bayrağı Meydanında aparılan təmir işlərindən sonra ilk dəfə test məqsədi ilə bayrağımız bu il avqust ayının 2-də asılmışdı.

Bundan sonra bir neçə dəfə test keçirilmişdi.

Qeyd edək ki, sabah Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunacaq.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью