Dövlət bəzi şəxsləri evlə təmin edəcək | Icma.az
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Oxu.Az "Trend"ə istinadla xəbər verir ki, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar.
Məlumata əsasən, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.
Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.
Agentlik sözügedən işlərin 844.5 min manata başa gələcəyini ehtimal edir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu