Dövlət borcu açıqlanıb

28.01.2026

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 6,7 %, daxili dövlət borcu isə 4,6 % azalıb.
Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 5,3 % azdır.
2025-ci ilin dövlət büdcəsindən daxili dövlət borcu üzrə 757 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manat ayrılıb, dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat qənaət formalaşdırılıb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью