Dövlət büdcəsi milli maraqları qoruyur Parlamentari

02.12.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Büdcə milli maraqları qoruyur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Deputat vurğulayıb ki, son 35 il ərzində büdcənin əsas parametrlərini analiz edib və illər ərzində bu göstəricilərin yaxşı səviyyədə olduğunu görmək mümkündür. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı sosialyönümlüdür.

Ziyad Səmədzadə həmçinin qeyd edib ki, bütün dünya ölkələrində ÜDM-in rolu daim diqqət mərkəzində olub və hazırda dövlət büdcəsinin ÜDM-də payı 30 faiz təşkil edir ki, bu da böyük nailiyyətdir.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью