Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu vəsait Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilir, özəl sektora verilmir.
Xalid Kərimli
“Vəsaitin Azərbaycan iqtisadiyyatına hər hansı bir əhəmiyyətli təsiri olmayacaq. Bu vəsait Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilir, yəni özəl sektora kredit və yaxud qrant ayrılmır. Özəl sektorda texnologiyadan istifadə edirlər və bu 5 milyonun özəl sektora heç bir təsiri olmayacaq. Hökumət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat verib. Bu 5 milyonu necə istifadə edəcəklərsə, bu istiqamətdə məlumat olanda onun təsirlərindən danışa bilərik.
Biz bunu əmək məhsuldarlığının artmasında müşahidə edə bilərik. Bunu yeni ixtisasların yaranması, bəzi ixtisaslara olan tələbatın aşağı düşməsində hiss edə bilərik. Bunu konkret olaraq süni intellektdən biznes qərar verməsində, yaxud şəxsi qərarvermədə görə bilərik. Texnologiyanın üstünlüyü nədir? Qərarverməni yaxşılaşdırmaq və qərarvermənin əsaslandırması zamanı sürətli məlumatların toplanması təhlili. İndi də o məlumatları toplayıb təhlil etmək olar, amma vaxt itirilir. Bu, əmək məhsuldarlığının artmasına təsir göstərməlidir”-deyə Xalid Kərimli qeyd edib.
Günel Həsənova, Bizimyol.info