Dövlət büdcəsinin gəlir və xərcləri artırılıb

14.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin dekabrın 16-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard 367,6 milyon manat nəzərdə tutulmuşdu. Parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.

Beləliklə, dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri 40 milyon manat artırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью