Dövlət büdcəsinin gəlirləri proqnozu 2.8% üstələyib

29.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 36 milyard 730.4 milyon manat, xərcləri isə 30 milyard 89.9 milyon manat icra olunub və nəticədə 6 milyard 640.5 milyon manatlıq profisit yaranıb.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 2.8% artaraq 25 milyard 348.2 milyon manata çatıb. Bu xərclərin 65.6%-ni (16 mlrd. 613.7 mln. manat) cari xərclər, 28.7%-ni (7 mlrd. 284.7 mln. manat) əsaslı xərclər, 5.7%-ni (1 mlrd. 449.8 mln. manat) isə dövlət borcuna xidmət xərcləri təşkil edib. Müddət ərzində sosialyönlü xərclərə 12 milyard 643.0 milyon manat yönəldilib ki, bu da illik müqayisədə 14.9% çoxdur.

Daxilolmalar üzrə qeyri-neft-qaz sektoru büdcə gəlirlərinin 55.9%-ni təşkil edərək 16 milyard 381.3 milyon manat olub. Bu məbləğin 63.0%-i vergi, 30.4%-i gömrük orqanlarının payına düşüb. Neft-qaz sektoru üzrə daxilolmalar isə 12 milyard 930.5 milyon manat təşkil edib. Bunun 74.5%-i ARDNF transferti (9 mlrd. 628.0 mln. manat), 25.5%-i isə vergi daxilolmaları hesabına formalaşıb. Büdcədənkənar fondlardan Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 6 mlrd. 369.5 mln. manat, İcbari Tibbi Sığorta Fondunun gəlirləri 1 mlrd. 499.3 mln. manat, ARDNF-nin gəlirləri isə 12 mlrd. 341.4 mln. manat olub. Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 308.3 milyon manat təşkil edib. Marqarita pizza

Cəlalə Cəlalqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью