Dövlət büdcəsinin müzakirələri başladı

18.11.2024

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Milli Məclisdə bu gündən etibarən Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayıb.

Ölkə.az-ın məlumatına görə, ilkin olaraq ilin əsas iqtisadi sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilir.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью