Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

14.02.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 9,8 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 13 min manat ödənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью