Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

16.11.2024

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, xəbərdarlığa əsasən, bu gün  Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan cənub-şərq,cənub küləyi şimal-qərb, şimal küləyi ilə əvəz olunacaq. 

Belə ki, gün ərzində küləyin sürətinin  18-23 m/s, arabir 25-30m/s-dək güclənəcəyi gözlənilir.  

Dalğanın hündürlüyünün isə 2.0-3.0m, sonrakı inkişafda 4.0-6.0 m.çatacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью