Dövlət Dəniz və Liman Agentliyi sığortaçı seçir

20.11.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 268 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar təkliflərini yanvarın 6-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 2 B ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 6-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью