Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

04.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək. 

"Unikal" xəbər verir ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.

Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью