Dövlət Dəniz və Liman Agentliyində “Açıq qapı” günü keçiriləcək

11.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə avqustun 20-si saat 10:00-da Agentliyin inzibati binasında “Açıq qapı” günü keçiriləcək. 

"Unikal" xəbər verir ki, “Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) [email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmini məqsədilə “Açıq qapı” günləri mütəmadi olaraq təşkil edilir.

Bu barədə Agentliyin rəsmi veb-saytında (ddla.gov.az) və sosial şəbəkə hesablarında məlumat verilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью