Icma.az bildirir, Azertag portalına istinadən.
Vaşinqton, 3 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin binasına endirilən zərbə nəticəsində damın bir hissəsi çöküb.
AZƏRTAC AP-yə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin daxili sənədində qeyd olunub.
Sənəddə işçilər arasında ölənlərin və ya xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Həmçinin Küveyt şəhərində səfirliyin iki dron hücumuna məruz qalması nəticəsində binaya ziyan dəymədiyi bildirilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton