Dövlət Departamenti: ABŞ Ukraynada qısamüddətli yox, uzunmüddətli atəşkəsi dəstəkləyir

29.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ administrasiyası Ukraynada qısamüddətli yox, uzunmüddətli və davamlı atəşkəsin tərəfdarıdır.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus brifinqdə bəyan edib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi sadəcə simvolik və qısa müddətli razılaşmalar deyil, tam, hərtərəfli və davamlı atəşkəsin əldə edilməsidir:
“Bu, üçgünlük tədbir deyil ki, nəyisə qeyd etmək üçün edilsin. Məqsəd tam və davamlı atəşkəs, eyni zamanda münaqişəyə son qoymaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью