Dövlət Departamenti amerikalıları Belarusu tərk etməyə çağırıb

23.12.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Belarusa getməməyi və bu ölkədə olanları dərhal oranı tərk etməyi tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Belarusa getməyin. Belarusda olan ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - deyə bəyanatda qeyd edilib.

Belarusa səfər etmək təhlükəsinin səbəbləri arasında, Belarus hakimiyyəti tərəfindən yerli qanunların özbaşına tətbiqi, həbs riski, Ukrayna ilə münaqişədə Belarusun Rusiyaya dəstəyi, eləcə də potensial küçə iğtişaşları və ABŞ vətəndaşlarına səfirlik tərəfindən yardım imkanının məhdud olduğu bildirilir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью