Dövlət Departamenti İsrail Livan danışıqlarını məhsuldar adlandırıb

15.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 15 may, AZƏRTAC

ABŞ Dövlət Departamenti Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqları məhsuldar və müsbət qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin sözçüsünə istinadla məlumat yayıb.

Bildirilib ki, sülh danışıqlarının üçüncü raundu çərçivəsində keçirilən ilk görüş konstruktiv keçib və məsləhətləşmələr cümə günü davam etdiriləcək.

Məlumata görə, tərəflər atəşkəsin uzadılması və sərhəd mübahisələrinin həlli mexanizmini müzakirə edirlər.

Livan hökuməti İsraillə təhlükəsizlik razılaşması əldə etməyə çalışsa da, münasibətlərin tam normallaşdırılmasına hələ hazır deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью