Dövlət Departamenti: Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər AZƏRTAC

24.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaşinqton, 24 yanvar, AZƏRTAC

ABŞ Dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti yaydığı məlumatda deyilir. Bildirilir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini vurğulayıblar.

Hakan Fidan və Marko Rubio, həmçinin ABŞ-Türkiyə münasibətləri, Suriya məsələsi, Türkiyənin NATO müttəfiqi kimi rolu və digər məsələlər barədə də danışıblar.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью