Dövlət Departamenti Papanın Milad bayramı ilə bağlı atəşkəs çağırışını dəstəkləməyib AzPolitika onlayn siyasiictimai qəzet

10.12.2024

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika hakimiyyəti Roma Papası Fransiskin bütün münaqişə zonalarında Milad atəşkəsi elan etmək təklifini rədd edib və onu dəstəkləməyib.

APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Biz münaqişələrin dayandırılmasını və münaqişələrin həll olunmasını istəyirik. Amma bu, hər bir halda dərhal atəşkəs demək deyil”, - Miller qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью