Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti Dövlət Katibi Rubionun Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramova telefon zəngi barədə açıqlama yayıb.
Gununsesi.info bildirir ki, DD mətbuat katibinin müavini Tommy Pigotun adından yayılan açıqlamada deyilir: Dövlət katibi Marko Rubio bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıb.
Katib Rubio Azərbaycan hökumətinin Ermənistana yanacaq tədarükünü təqdir edib: ”Bu, Azərbaycanın 8 avqust 2025-ci il tarixində Ağ Evdə keçirilən sammitdə Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi sülh sazişinə Azərbaycanın davamlı sadiqliyini nümayiş etdirən mühüm jestdir.
Katib və xarici işlər naziri Cənubi regionda sülhün və Cənubi regionda sülhün daha da inkişaf etdirilməsi üçün etimadın möhkəmləndirilməsi və müsbət tədbirlərin görülməsinə toxunub.
ABŞ-Azərbaycan münasibətlərindəki inkişaflar da müzakirə mövzusu olub”.
Firuzə Mahmudova Gununsesi.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.